Yuxarı
    Bağlamaq

    Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

    Bakı. 20 aprel. REPORT.AZ/ İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

    “Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

    Zati-alinizin yenidən Prezident seçilməyi münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə ən gözəl təbriklərimi çatdırıram.

    Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına isə daha yüksək inkişaf və firavanlıq arzu edirəm.

    Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, qardaş ölkələrimizi və xalqlarımızı bir-birinə sıx bağlayan əlaqələri yüksək dəyərləndirir və onu bütün sahələrdə gücləndirmək və inkişaf etdirməyə çalışırıq.

    Zati-alinizə hörmət və ehtiramla, Qardaşınız”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi