Yuxarı
    Bağlamaq

    San-Marinonun kapitan regentləri Prezident İlham Əliyevi təbrik edib

    Bakı. 21 aprel. REPORT.AZ/ San-Marino Respublikasının Kapitan Regentləri Stefano Palmieri, Matteo Çiaççi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

    "Cənab Prezident.

    Dövlətlərimiz arasındakı münasibətlərin daha da möhkəmləndiyi bir dövrdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

    Zati-aliləri, Sizə ali dövləti vəzifənizin icrasında uğurlar diləyir, Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımızı ifadə edərək, hörmət və ehtiramla ən xoş salamlarımızı və təbriklərimizi çatdırırıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi