Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib

Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib PA rəhbəri: "Bu, həmin insanların mədəniyyətinin yerində olmamasından xəbər verir"
Daxili siyasət
11 Aprel , 2018 17:49
Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib
Report/ Firi Salim

Bakı. 11 aprel. REPORT.AZ/ "Qarayaxma kampaniyaları pis addımdır, buna münasibətim pisdir".

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yer alan bəzi iddialara münasibət bildirən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

"Normal adam bu yola düşməməlidir. Heç bir millət nümayəndələri bu yola düşmür. Təəssüf ki, bəzi insanlar, xaricə gedənlər orada Azərbaycanı pisləyir. Bu, bizim xalqa xas deyil. Bu, həmin insanların mədəniyyətinin yerində olmamasından xəbər verir".

Son xəbərlər

Orphus sistemi