Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb Bu şəxslərlə bağlı MSK-nın qərarı müsbət olub
Daxili siyasət
19 Fevral , 2018 16:38
Prezident seçkilərini izləmək üçün qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb
MSK sədri Məzahir Pənahov / Report

Bakı. 19 fevral. REPORT.AZ/ "Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 24 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib".

“Report”un xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu şəxslərlə bağlı MSK-nın qərarı müsbət olub: “Bunların 9-u öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Son xəbərlər

Orphus sistemi