Ombudsman Elmira Süleymanova: "Əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb"

Ombudsman Elmira Süleymanova: "Əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb" Bakı. 15 fevral. REPORT.AZ/”Azərbaycanda Seçki Məcəlləsi ildən-ilə təkmilləşir və seçicilərin azad şəkildə səs verməsi üçün daha yaxşı şərait yaradılır”.
Daxili siyasət
15 Fevral , 2018 12:08
Ombudsman Elmira Süleymanova: Əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova / Report

Bakı. 15 fevral. REPORT.AZ/”Azərbaycanda Seçki Məcəlləsi ildən-ilə təkmilləşir və seçicilərin azad şəkildə səs verməsi üçün daha yaxşı şərait yaradılır”.

“Report”un xəbərinə görə, bunu Ombudsman Elmira Süleymanova dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar müşavirədə deyib.

O bildirib ki, əvvəllər seçiçilərin qeydiyyatda olduğu yer üzrə səs verməsi müəyyən problemlər yaradırdı: “İndi isə seçicilərin qeydiyyatı olduğu yerdə səs verməsi tələb olunmur, hər bir vətəndaş harda olmasından asılı olmayaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilər ki, bu da seçicilərin azad şəkildə iştirak edilməsi üçün şərait yaradır”.

E.Süleymanova vurğulayıb ki, Azərbaycanda əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb, seçki məntəqələrində panduslar quraşdırılıb.

Ombudsman qeyd edib ki, əvvəlki seçkilər kimi bu seçkilər də azad və demokratik seçkilər olacaq.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi