MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib Daha 1 nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq
Daxili siyasət
17 Fevral , 2018 16:49
MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib

Bakı. 17 fevral. REPORT.AZ/ "Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir". 

"Report"un  məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qarşıda hələ vaxt var və arzu edən şəxs prezidentliyə namizədliyini irəli sürə bilər. 

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb: "Onlardan 7-sinin namizədliyi siyasi partiyalar, 1-nin namizədliyi təşəbbüs qrupu, 4-nün namizədliyi isə özü tərəfindən irəli sürülüb. MSK 12 nəfərin prezidentliyə namizədliyini təsdiqləyib, 1 nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq".

Son xəbərlər

Orphus sistemi