Məzahir Pənahov MDB PA-nın ekspert qrupu ilə görüşüb

Məzahir Pənahov MDB PA-nın ekspert qrupu ilə görüşüb Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb
Daxili siyasət
27 Mart , 2018 19:34
Məzahir Pənahov MDB PA-nın ekspert qrupu ilə görüşüb

Bakı. 27 mart. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərinin uzunmüddətli müşahidəsi üzrə ekspert qrupu martın 27-də Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

Bu barədə "Report"a MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildirilib. 

MSK sədri seçkilərdə şəffaflığın təmin olunması baxımından müşahidəçilik institutunun böyük əhəmiyyət kəsb etdiyini bildirib və MDB Parlament Assambleyasından olan uzunmüddətli müşahidəçilərin qarşıdan gələn seçkiləri izləməsindən məmnun olduğunu vurğulayıb.

Qrupun rəhbəri, MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafı və vətəndaşların seçki hüquqlarının monitorinqi üzrə Beynəlxalq İnstitutunun direktoru Dmitriy Qladey bildirib ki, rəhbərlik etdiyi qrup müxtəlif ölkələrin nüfuzlu ekspertlərindən təşkil olunub. Qrupun məqsədi Azərbaycanda Prezident seçkilərinə hazırlığın vəziyyəti ilə tanış olmaq və aparılan müşahidələrin nəticəsi olaraq hesabat hazırlamaqdır.

Məzahir Pənahov qonaqların xahişi ilə aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər də daxil olmaqla, həyata keçirilmiş genişmiqyaslı maarifləndirmə layihələri, seçici siyahılarının dəqiqləşdiriməsi istiqamətində atılmış addımlar və seçkilərə son hazırlıq işlərindən danışıb, beynəlxalq müşahidəçiləri maraqlandıran sualları cavablandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.

Son xəbərlər

Orphus sistemi