MDB uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər

MDB uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər Missiyaya MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək
Daxili siyasət
20 Mart , 2018 08:00
MDB uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər

Bakı. 20 mart. REPORT.AZ/ Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvləri bu gün Bakıya gələcəklər.

MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın "Report"a verdiyi məlumata görə, missiyanın üzvləri günün ikinci yarısında paytaxta olacaqlar.

Qeyd edək ki, müşahidə missiyasına MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi