MDB-nin uzunmüddətli müşahidə missiyası prezident seçkilərini izləmək üçün Azərbaycana martın 20-də gələcək

MDB-nin uzunmüddətli müşahidə missiyası prezident seçkilərini izləmək üçün Azərbaycana martın 20-də gələcək Müşahidə missiyasına MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etməsi təklif olunub
Daxili siyasət
15 Fevral , 2018 15:00
MDB-nin uzunmüddətli müşahidə missiyası prezident seçkilərini izləmək üçün Azərbaycana martın 20-də gələcək

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasına qurumun İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin rəhbərlik etməsi təklif olunub.

MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın "Report"a verdiyi məlumata görə, bu barədə MDB ölkələrinin daimi səlahiyyətli nümayəndələri Şurasında müzakirə aparılıb.

"Missiyanın rəhbəri kimi İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin tövsiyə olunmasını təklif etdik", - Y.Sloboda bildirib.

O vurğulayıb ki, MDB-nin müşahidə missiyasına namizədlərini irəli sürmələri üçün Birlik ölkələrinə və Belarus-Rusiya İttifaqının Parlament Assambleyasına müraciətlər göndərilib.

Y.Sloboda bildirib ki, MDB Azərbaycanda keçiriləcək seçkilər üçün uzunmüddətli və qısamüddətli müşahidə missiyası təşkil edəcək: "Bakıya martın 20-də gələcəyik. Missiyamız tam - həm uzunmüddətli, həm də qısamüddətli işləyəcək".

Xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi