Lənkəranlılar Prezident seçkilərində qələbə sevincini bayram ediblər

Lənkəranlılar Prezident seçkilərində qələbə sevincini bayram ediblər Lənkəran. 11 aprel. REPORT.AZ/ Bu gün müvəffəqiyyətlə baş tutan Prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da seçicilərin yüksək əhval-ruhiyyəsi və mütəşəkkilliyi ilə keçib.
Daxili siyasət
11 Aprel , 2018 23:34
Lənkəranlılar Prezident seçkilərində qələbə sevincini bayram ediblər
Foto: "Report"

Lənkəran. 11 aprel. REPORT.AZ/ Bu gün müvəffəqiyyətlə baş tutan Prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da seçicilərin yüksək əhval-ruhiyyəsi və mütəşəkkilliyi ilə keçib.

"Report"un yerli bürosu xəbər verir ki, rayonda fəaliyyət göstərən 4 seçki dairəsinin 116 seçki məntəqəsində seçicilərin mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verərək ölkədə Heydər Əliyev siyasi kursunun davam etməsi arzusunda olduqlarını ifadə ediblər.

Bu parlaq qələbə münasibətilə Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatının təşəbbüsü ilə şəhərin Heydər Əliyev Xatirə Parkında minlərlə lənkəranlının iştirakı ilə möhtəşəm konsert olub. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri konsertdə iştirak ediblər.

Bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar bayram iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Konsert bayram atəşfəşanlığı ilə başa çatıb.      

Son xəbərlər

Orphus sistemi