Yuxarı
    Bağlamaq

    Küveytin vəliəhdi Azərbaycan Prezidentini təbrik edib

    © Report

    Bakı. 17 aprel. REPORT.AZ/ Küveyt Dövlətinin Vəliəhdi Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

    "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

    "Zati-aliləri.

    Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizə ən xoş təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Yeni prezidentlik dönəminizdə də dost Azərbaycan xalqı üçün xeyir-bərəkət və inkişaf naminə həyata keçirəcəyiniz işlərdə Sizə davamlı uğurlar diləyirəm.

    Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və səadət arzulayır, dost ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi ilə bağlı qəti inamımızı bir daha ifadə edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi