ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib Bakı. 23 aprel. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daxili siyasət
23 Aprel , 2018 13:17
ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Bakı. 23 aprel. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Gözəl ölkənizdə əldə etdiyiniz misilsiz nailiyyətlərə görə Sizi təbrik etməkdən şərəf duyur və Qüdrətli Allahdan xalqınızın daha böyük tərəqqi arzularını yerinə yetirmək üçün ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi