Deputat: "Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib"

Deputat: "Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib" Sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər
Daxili siyasət
14 Mart , 2018 09:19
Deputat: Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib

Bakı. 14 mart. REPORT.AZ/ “Bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak edib. Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlara münasibət bildirərkən deyib. 

Qeyd edək ki, məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Fuad Muradov bildirib ki, belə məlumat yayanlar yanlışlığa yol verirlər: “Əgər məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcək.

Azərbaycanda prezident seçkilərin bu il aprelin 11-nə təyin olunub.

Son xəbərlər

Orphus sistemi