Baş konsul: "Sankt-Peterburqda 800-ə yaxın Azərbaycan vətəndaşı səs verə bilər"

Baş konsul: "Sankt-Peterburqda 800-ə yaxın Azərbaycan vətəndaşı səs verə bilər" Moskva. 4 aprel. REPORT.AZ/ Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda seçki məntəqəsi aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırdır.
Daxili siyasət
4 Aprel , 2018 14:33
Baş konsul: Sankt-Peterburqda 800-ə yaxın Azərbaycan vətəndaşı səs verə bilər
Report

Moskva. 4 aprel. REPORT.AZ/ "Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda seçki məntəqəsi aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırdır."

Bu barədə "Report"un Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu, seçki məntəqəsinin sədri Sultan Qasımov bildirib.

Onun sözlərinə görə, seçici siyahısına əsasən, tələbələr və müxtəlif təşkilatların nümayəndələri olmaqla, təqribən, 800 nəfərin adı var.

"Azərbaycanlı tələbələrin təhsil aldığı universitetlərin rəhbərlərinə rəsmi məktubla müraciət ünvanlayıb arzu edən azərbaycanlıların məntəqəyə dəlib səs verməsinə icazə verilməsini xahiş etmişik. Bundan başqa, seçki məntəqəsinin üzvləri azərbaycanlıların yaşayış və iş yerlərində seçkilər barədə məlumat verirlər", - S.Qasımov qeyd edib.

O, seçkiqabağı buklet və plakatların Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən bütün diplomatik missiyalara, həmçinin Sankt-Peterburqda göndərildiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi