Avropa Azərbaycanlıları Konqresinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Avropa Azərbaycanlıları Konqresinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib Bakı. 19 aprel. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Daxili siyasət
19 Aprel , 2018 15:58
Avropa Azərbaycanlıları Konqresinin rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Bakı. 19 aprel. REPORT.AZ/ Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. 

“Report” xəbər verir ki, məktubda deyilir: 

"Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Avropada yaşayan və fəaliyyət göstərən Azərbaycan icmaları xalqımızın bu düzgün seçimini dəstəkləyir və məmnunluqlarını ifadə edirlər.

Rəhbərlik etdiyim Avropa Azərbaycanlıları Konqresi Azərbaycan hakimiyyətinin yürütdüyü daxili və xarici siyasəti bəyənir, ona hər zaman yüksək dəstək verir.

Biz – Avropa azərbaycanlıları tarixi vətənimizin bundan sonra da çiçəklənməsini, xalqımızın rifahının daha da yüksəlməsini arzulayır və Sizə bu çətin vəzifədə uğurlar diləyirik.

Sizə cansağlığı və bundan sonrakı prezidentlik dövrünüzdə müvəffəqiyyətlər arzu edirik".

Son xəbərlər

Orphus sistemi