ATƏT DTİHB-nin qiymətləndirmə missiyası Azərbaycana səfərin yekunlarına dair hesabat hazırlayacaq

ATƏT DTİHB-nin qiymətləndirmə missiyası Azərbaycana səfərin yekunlarına dair hesabat hazırlayacaq "Müvafiq tövsiyələrin olacağı hesabat, çox güman ki, yaxın bir neçə həftə ərzində nəşr olunacaq"
Daxili siyasət
19 Fevral , 2018 17:29
ATƏT DTİHB-nin qiymətləndirmə missiyası Azərbaycana səfərin yekunlarına dair hesabat hazırlayacaq

Bakı. 19 fevral. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) üç və ATƏT-in Parlament Assambleyasının Katibliyindən bir ekspertin tərkibinə daxil olduğu missiya bu həftə Azərbaycana səfər edəcək.

ATƏT DTİHB-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakıya səfər çərçivəsində qiymətləndirmə missiyası aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının nümayəndələri, digər rəsmi şəxslər, eləcə də siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin və KİV nümayəndələri ilə görüşlər keçirəcək.

"Əldə olunmuş informasiya əsasında qiymətləndirmə missiyası prezident seçkilərində DTİHB-nin müşahidə missiyasının hansı formatda olacağına və ümumiyyətlə, buna ehtiyac olub-olmayacağına dair tövsiyələr verəcək. Müvafiq tövsiyələrin olacağı hesabat, çox güman ki, yaxın bir neçə həftə ərzində nəşr olunacaq", - ATƏT DTİHB-nin Mətbuat xidmətindən bildiriblər.

Son xəbərlər

Orphus sistemi