Yuxarı

Balakişi Qasımov

 - 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru



1978

Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎ 1978-ci ilin oktyabrın 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bakalavr dərəcəsini alıb. Eyni universitetin maliyyə ixtisası üzrə magistraturasını bitirib.

2002

“Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvüdür. 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə "Nə? Harada? Nə zaman?" üzrə Azərbaycan çempionu olub.

2010

2010-cu ildə Beynəlxalq "Nə? Harada? Nə zaman?" klubları assosasiyası təfərindən ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

2018

2018-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorudur.

2019

2019-cu ilin iyulun 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsis edilən “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin üzvüdür. 2019-cu ilin aprelin 29-da “Tərəqqi” medalı ilə təltif edilib.