Rəşad Sadıqov
futbol məşqçi

Tarixcə
"Zirə” komandasının baş məşqçisi təyin edilib
"Qarabağ" ardıcıl 5-ci mövsüm Azərbaycan çempionu olub. 2018-ci il noyabrın 29-da "Qarabağ" və Portuqaliya "Sportinq"i arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin V tur matçı Rəşad Sadıqovun avrokuboklarda 100-cü oyunu olub.
2017-ci il oktyabrın 5-də Çexiya yığması ilə AVRO-2008-in seçmə oyunundan sonra Azərbaycan milli komandasındakı karyerasını başa vurub.
10 oktyabr 2015-ci ildə Bakı Olimpiya Stadionunda AVRO-2016-nın İtaliya ilə seçmə qrup matçında 100-cü dəfə millinin heyətində meydana çıxıb. Buna görə ona UEFA tərəfindən təsis olunan xüsusi mükafat verilib. Sadıqov Azərbaycan yığmasında 100 oyun həddinə çatan ilk və yeganə oyunçudur.
2014-cü ilin iyun ayında Rəşad "Qarabağ" klubu ilə müqaviləsini 3 il - 2017-ci ilədək uzadıb.
Rəşad Sadıqov 2013-2014 mövsümünün sonunda "Qarabağ" komandası ilə ilk dəfə Azərbaycan çempionut titulunu qazanıb. Bu, Sadıqovun ümumilikdə üçüncü Azərbaycan çempionluğu idi.
Rəşad 2012-2013 mövsümünün sonlarında zədələnərək mövsümü vaxtından tez başa vurub. Avro 2012-nin seçmə mərhələsində 10 oyunda meydana çıxıb.
2011-ci ildən Azərbaycanın "Qarabağ" klubunda çıxış edir. Dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Üç dəfə Azərbaycan Premyer Liqasının, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub.
2010-2011-ci illərdə Türkiyənin Əskişəhərspor klubunun heyətində çıxış edib. 2010-cu il dünya çempionatının seçmə mərhələsində millinin heyətində 6 oyuna çıxıb.
Kocaelispordan ayrıldıqdan sonra Rəşad "Qarabağ" klubunun heyətinə qoşulub.
2008-2009-cu illərdə Türkiyənin "Kocaelispor" klubunda çıxış edib. Rəşad "Kocaelispor"da çıxış edərkən uğurlu oyunlarına görə Türkiyə mətbuatı ona "Terminator" ləqəbi verib.
Futbolçu 2006-cı ildə üçüncü dəfə "Neftçi" ilə müqavilə bağlayıb. Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında üç dəfə çıxış etdiyi "Neftçi"nin heyətində ümumilikdə 135 oyun keçirib, 9 qol vurub.
"Neftçi"dən ayrıldıqdan sonra Rəşad karyerasını baş məşqçi Ərtoğrul Sağlamın istəyi ilə Türkiyənin "Kayserispor" klubunda davam etdirdi.
2003-cü ildə yenidən "Neftçi"nin heyətinə qayıdıb. 2003-2004-ci illər mövsümündə Neftçinin heyətində 10 oyun keçirib. Rəşad 2003-2005-ci illərdə "Neftçi"nin heyətində ümumilikdə 44 oyun keçirib və cəmi 1 dəfə fərqlənib.
2002-2003-cü illərdə İranın "Fulad Xuzistan" klubunun heyətində çıxış edib. Burada 20 oyun keçirib.
2001-ci ildə "Neftçi"nin heyətinə qoşulub. Burada 2001-2002 mövsümündə 23 oyun keçirib və 1 qol vurub. 2002-ci ildə klubdan ayrılıb. 2001-ci ildən Azərbaycan milli futbol komandasında çıxış edir. Milli komandada 91 oyun keçirib və 4 qol vurub. İlk oyununu 6 oktyabr 2001-ci ildə FİFA Dünya Kuboku 2002-nin seçmə oyunları çərçivəsində İsveç yığmasına qarşı keçirib. Yığmada ilk qolunu 28 mart 2004-cü ildə yoldaşlıq görüşündə Qazaxıstan milli futbol komandasına vurub.
2000-2001-ci illərdə Azərbaycanın "Turan " klubunda çıxış edib. Burada cəmi 9 oyun keçirib.
Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub.