Ramin Quluzadə
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri

Tarixcə
Prezident İlham Əliyevin 26 yanvar 2021-ci il tarixli sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Həmin tarixdə Prezidentin digər sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixində imzaladığı Sərəncamla Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub
1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bakalavr, 1999-cu ildə isə magistr dərəcəsi ilə bitirib
1993-cü ildə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olub
Quluzadə Ramin Namiq oğlu 1977-ci il fevral ayının 1-də Bakı şəhərində anadan olub