Ülvi Quliyev
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Tarixcə
2018-ci ildən Milli Məclisin Gənclər və idman komitəsinin sədridir.
2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 15 saylı Yasamal 1-ci Seçki Dairəsindən deputat seçilib.
1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Ü.Quliyev əczaçılıq sahəsində çalışıb. Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışıb.