Fuad Muradov
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Tarixcə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib
2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini olub
2005-ci ildə Azərbaycan Respublikası III çağırış Milli Məclisinin deputatı seçilib
2004-cü ilin martından Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədridir
2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi vəzifəsində çalışıb
2000-ci ildə hazırki Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib
Fuad Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub