Ədalət Muradov

UNEC-in rektoru

Tarixcə

2014

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorudur. İngilis, ukrayna və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

2009

2009-cu ildən etibarən “Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlər Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olub.

2002

2002-ci ildən İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) çalışıb. 2002-2007-ci illərdə həmin nazirliyin “Makroiqtisadi təhlil və proqnozlaşdırma”, 2007-2009-cu illərdə “Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı”, 2009-2014-cü illərdə isə “İqtisadi siyasət, təhlil və proqnozlaşdırma” şöbələrinə rəhbərlik edib.

1999

1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professoru olub, Makroiqtisadiyyat, İqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris edib. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir.

1998

1998-1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında “Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili” şöbəsinin müdiri vəzifəsində çalışıb.

1995

1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olub və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, Makroiqtisadiyyat, Beynəlxalq İqtisadiyyat, Keçid İqtisadiyyatının ümumi nəzəriyyəsi fənlərini tədris edib.

1994

1994-cü ildə “Profi – AD” LTD (Kiyev) şirkətinə rəhbərlik edib.

1990

1990-cı ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada (SSRİ-də “İqtisadiyyat və istehsalın təşkili üzrə”) 2-ci yerə layiq görülüb.

1985

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub.

1982

1980-1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçib.

1979

1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib.

1962

Ədalət Cəlal oğlu Muradov 29 yanvar 1962-ci ildə doğulub.