Məlahət İbrahimqızı
Milli Məclisin deputatı

Tarixcə
2000
2000-ci ildən Milli Məclisin deputatıdır. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
1998
1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.
1958
İbrahimqızı Məlahət İbrahimqızı 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. 4 kitabın müəllifidir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.