Lalə Şövkət

ALP-nın sabiq sədri

Tarixcə

2005

2005-ci ildə keçirilən parlament seçkilərində qalib olsa da, mandatından imtina edib.

2003

7 iyun 2003-cü ildə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verib və prezident seçkilərinə müstəqil namizəd, Milli Birlik Hərəkatının lideri kimi qatılıb.

1995

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal partiyanın sədri seçilib.

1993

1993-cü ildə Azərbaycan Respublikasının Dövlət katibi vəzifəsinə təyin edilib.

1991

1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə "SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və "Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda" Beynəlxalq İctimai-siyasi Hərəkat yaradıb.

1951

Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub.