Kərəm Həsənov
Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tarixcə
Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib
19 may 2009-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
2005-2009-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.
2001-2005-ci illərdə Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin direktoru vəzifəsində işləyib.
2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru, nazir müavini vəzifələrində çalışıb.
1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirərək "İqtisadçı" ixtisasına yiyələnib. 1992-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi işləyib.
1986-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad şəhərində ziyalı ailəsində anadan olub.