Hicran Hüseynova
Milli Məclisin deputatı

Tarixcə
Hicran Hüseynova 41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisə deputat seçilib. Prezident İlham Əliyevin 9 mart 2020-ci il tarixli sərəncamı ilə Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.
12 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. Azərbaycanda və xaricdə nəşr olunan bir çox elmi məqalənin, bir sıra metodiki vəsaitlərin, monoqrafiyaların, programların, kitabların müəllifidir. Ailəlidir, 2 övladı, 3 nəvəsi var.
2007-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya kommisiyasi tərəfindən Hicran Hüseynovaya professor adı verilib.
7 fevral 2006-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışır.
2001-ci ilin noyabrında “Azərbaycan Avropa inteqrasiya sistemində” mövzusunda doktorluq disertasiyası müdafiə edib. Azərbaycanda siyasi elmlər üzrə doktorluq müdafiə etmiş ilk qadındır.
1972-ci ildə 6 nömrəli orta məktəbi bitirib. 1977-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edib və tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1955-ci ildə Bakı şəhərində anadan olub.