Fikrət Qoca
şair

Tarixcə
1998
1998-ci ildə 90-cı illər yaradıcılığına görə "Humay" mükafatına layiq görülüb. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir.
1995
1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
1987
1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur.
1968
1968-ci ildə Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə Azərbaycan komsomolu mükafatına layiq görülüb.
1964
1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
1935
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.