Emin Ağalarov
müğənni, iş adamı

Tarixcə
GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasında birinci yerə çıxıb.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlir və "Wonder" albomunu Britaniyada satışa çıxarır, "Obvious" mahnısını "This Morning" adlı verilişdə ifa edir. Əksər mahnılarının müəllifidir. Avropada xüsüsilə də Rusiya, Ukrayna və Azərbaycanda konsertlər verməyə davam edir. Emin Ağalarovun "Giving İn", "Don't cry", "Wonder", "Falling", "Any time you fall", "Obvious", "Stick together", "Still", "Make the world go away", "Just for one night" mahnılarına klipləri var.
2007-ci ildə "İncredible" adlı albomunu çıxardıb ki, albomdakı "Don't Cry" mahnısı "Нулевой Километр" filminin saundtrekində yer alıb. Daha sonra isə Elvis və Frenk coverlərindən ibarət olan "Obsession" albomu satışa çıxıb.
2006-cı ildə onun ilk "Still" adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda o həm də bəstəkar kimi özünü göstərib.
Emin Araz oğlu Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur. Emin ABŞ-da olarkən musiqiyə marağı başlayıb. Xüsusən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi təqdim etdiyi Müslüm Maqomayev onun kumirləri arasındadır.