Eldar Qasımov
müğənni, Avroviziya Mahnı Müsabiqəsinin qalibi

Tarixcə
Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.
2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib.
2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olub. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirib.
2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlib. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşayıb.
2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və məktəbi fərqlənmə diplomu ilə bitirib.
1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil alıb.
Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində dünyaya gəlib. Ata xətti ilə ulu nənəsi - SSRİ-nin xalq artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR-nin əməkdar artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR-nin xalq artisti Firəngiz Şərifovadır.