Azər Zeynalov

xalq artisti

Tarixcə

2014

30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülüb.

2009

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2009-cu ildə ona Vokal kafedrası üzrə Dosent, 2013-cü ildə isə Professor elmi adı verilib.

2001

Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdədir.

1998

1998-ci ildə birbaşa olaraq Azərbaycan Respublikasının xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının xalq artisti fəxri adına layiq görülüb.

1996

1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır.

1995

1995-ci ildə "Avropa Türk-İslam Kültür Cəmiyyəti" tərəfindən qızıl medalla təltif olunub.

1994

1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olub. 1996-cı ildə "opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana dönüb və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurub.

1992

1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olub.

1990

1990-cı ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında muğənni kimi fəaliyyətə başlayıb.

1982

1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olub, arada 2 il hərbi xidmətə çağırılıb və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurub.

1972

1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə gedib.

1964

Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində anadan olub.