Azər Qasımov

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi

Tarixcə

2004

2004 - cu ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibinin xidmətində prezidentin mətbuat katibi vəzifəsində işləyir.

2000

2000-2004-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Aparatının Beynəlxalq münasibətlər şöbəsində müdir işləyib.

1999

1999-2000-ci illərdə Azərbaycan Respublikasının XİN Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib və ikinci katib vəzifələrində çalışıb.

1997

1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib vəzifələrində çalışıb.

1996

1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe işləyib.

1995

1995-1996-cı illərdə Azərbaycan Respublikasının XİN Konsulluq idarəsində attaşe işləyib.

1994

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi işləyib. 1994-1995-ci illərdə Azərbaycan Respublikasının XİN Beynəlxalq təşkilatlar idarəsində attaşe işləyib.

1966

Qasımov Azər Məhəmməd oğlu Bakı şəhərində anadan olub.