Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Tarixcə
Azərbaycan Prezidenti İlham Əliyevin 8 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
1995-2000-ci illərdə Birinci çağırış Milli Məclisin deputatı olub.
1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib
Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub