Anar Ələkbərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Tarixcə
Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin edilib
"Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan Nümayəndə heyətinin sədri olub
21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – "Komandor xaç” ordeni ilə təltif edilib
Fransanın "İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib
Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib
2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır
Bakıda Qərb Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib
Bakıda Qərb Universitetinin Beynəlxalq Menecment ixtisası üzrə bakalavr pilləsini bitirib