Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının sədri

Tarixcə
Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı seçilib
2005 və 2008-ci illərdə keçirilən qurultaylarda yenidən Mətbuat Şurasının sədri seçilib. Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.
2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib.
1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub.
1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb.
1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1976-1978-ci illərdə Sovet Ordusunda xidmət edib.
1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib.
Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan SSR Bolnisi rayonunun Faxralı kəndində anadan olub.