Şahin Mustafayev

Azərbaycan Respublikası iqtisadiyyat naziri

Tarixcə

2019

Oktyabrın 22-də Prezident İlham Əliyev Şahin Mustafayevin Azərbaycan Respublikasının İqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Həmin gün dövlət başçısının digər sərəncamı ilə Şahin Mustafayev Azərbaycan Respublikası Baş Nazirinin müavini təyin edilib.

2016

Prezident İlham Əliyevin 15 yanvar 2016-cı il tarixli sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilərək İqtisadiyyat Nazirliyi adlandırılıb. Prezidentin digər sərəncamı ilə Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri təyin edilib.

2013

2013-cü ilin oktyabrın 22-dən iqtisadiyyat və sənaye naziri olub.

2008

2008-ci il oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri olub.

2006

2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2005

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub.

2003

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2000

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

1999

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

1992

1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1991

1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb.

1990

1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1989

M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib.

1965

Mustafayev Şahin Abdulla oğlu 1965-ci ildə anadan olub.