Yığma komandanın baş məşqçisi: "Güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar"

Yığma komandanın baş məşqçisi: "Güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar" "Çalışacağıq ki, nəticəmiz yüksək olsun"
Fərdi
28 May , 2016 15:05
Yığma komandanın baş məşqçisi: Güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar

Bakı. 28 may. REPORT.AZ/ "İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal qazanmaq şansı böyükdür".

"Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə açıqlamasında deyib.

Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis komandanın məşqlərinin yüksək səviyyədə təşkil edildiyini və idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərəcəklərinə inandığını bildirib: "Federasiya toplanış üçün hər bir şərait yaradıb və hazırlıq normal keçib. İnanıram ki, güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar".

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov Kuba güləşçiləri ilə birgə təlimlərin keçirilməsinin yığmamız üçün çox faydalı olduğunu söyləyib: "Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. İndi biz intensiv hazırlıq mərhələsindəyik. İyun ayında yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. Bundan sonra artıq olimpiadanın əsas hazırlıq mərhələsinə qədəm qoyacağıq. Ötən olimpiadada 2 qızıl medal qazanmışdıq. Bu, hər bir komandanın arzusunda olduğu nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".

Son xəbərlər

Orphus sistemi