Yuxarı

XV Yay Paralimpiya Oyunlarında medal qazanacaq əlil idmançılara veriləcək pul mükafatlarının məbləği açıqlanıb

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənəd Azərbaycan Respublikasının əlil idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə imzalanıb. 

Sərəncama əsasən, XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi