XXXI Yay Olimpiya Oyunları məşəlinin Afinadan Rio-de-Janeyroya təhvil verilmə mərasimi keçirilib - VİDEO

XXXI Yay Olimpiya Oyunları məşəlinin Afinadan Rio-de-Janeyroya təhvil verilmə mərasimi keçirilib - VİDEO Məşəl mayın 3-də Atlantik okeanı üzərindən Braziliyaya keçəcək
Fərdi
28 Aprel , 2016 08:33
XXXI Yay Olimpiya Oyunları məşəlinin Afinadan Rio-de-Janeyroya təhvil verilmə mərasimi keçirilib - VİDEO

Bakı. 28 aprel. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada olimpiya məşəlinin XXXI Yay Olimpiya Oyunlarının təşkilatçısı Braziliyanın Rio-de-Janeyro şəhərinə təhvil verilmə mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbir olimpiadanın startına 100 gün qalmış 1896-cı ildə ilk olimpiadanın təşkil olunduğu "Panatinaikos" stadionunda baş tutub.

Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos estafeti "Rio-2016" Təşkilat Komitəsinin rəhbəri Karlos Nuzmana ötürüb. Məşəl xüsusi hermetik lampaya yerləşdirilərək, səyahətə başlayıb. İsveçrədə Birləşmiş Millətlər Təşkilatı və Olimpiya Muzeyinə də aparılacaq məşəl ardından mayın 3-də Atlantik okeanı üzərindən Braziliyaya keçəcək.

Orada olimpiya estafeti paytaxt Braziliyadan start götürəcək. Təşkilatçıların sözlərinə görə, məşəl 12 min nəfərin müşayiəti ilə Braziliyanın bütün yerlərindən keçəcək və avqustun 5-də Açılış Mərasiminin keçiriləcəyi "Marakana" stadionunda başa çatacaq.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları mayın 21-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi