Rio-2016: ​Useyn Bolt 7 qat olimpiya çempionu olub

Rio-2016: ​Useyn Bolt 7 qat olimpiya çempionu olub O, həmçinin 11 qat dünya çempionudur
Fərdi
15 Avqust , 2016 05:42
Rio-2016: ​Useyn Bolt 7 qat olimpiya çempionu olub

Bakı. 15 avqust. REPORT.AZ/ Yamaykalı atlet Useyn Bolt karyerasında 7-ci dəfə olimpiya çempionu olub.

"Report"un məlumatına görə, 30 yaşlı idmançı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda bütün rəqiblərini üstələyib.

Finişə 9,81 saniyəyə çatan Bolt mövsümün ən yaxşı nailiyyətinə imza atıb. ABŞ təmsilçisi Castin Qatlin (9,89) gümüş, kanadalı Andre de Qrasse (9,91) bürünc medala sahib olub.

Qeyd edək ki, bu, Useyn Boltun "Rio-2016"da ilk medalı olub. Onun əvvəlki olimpiya çempionluqları "Pekin-2008" və "London-2012"yə təsadüf edib. Bolt hər iki olimpiadada 100 metr, 200 metr və 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanıb.

"Rio-2016"da da yamaykalı sprinteri 200 metr və 4X100 metr məsafəyə estafet qaçışları gözləyir. O, həmçinin 11 qat dünya çempionudur.

Son xəbərlər

Orphus sistemi