Yuxarı

Toğrul Əsgərov: "Hər şey bir anda baş verdi, heç bilmədim necə oldu"

Rəqibin çiyini almacıq sümüyümə dəydi, gözüm qaraldı

Bakı. 21 avqust. REPORT.AZ/ "Olimpiya Oyunları 4 ildən bir keçirilir, sevinirəm ki, burdan Vətənə medalsız qayıtmadım, qayıtsaydım, neçə illik əziyyətim heçə gedərdi. Amma istərdim ki, qızıl olsun".

"Report" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Toğrul Əsgərov deyib.

O, finalda məğlubiyyətinə belə aydınlıq gətirib:

"Finaldan öncə keçirdiyim yarımfinal görüşü ağır oldu. Final görüşündə rəqibin bilmirəm başı, ya çiyini almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anda baş verdi, heç bilmədim necə oldu".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi