Yuxarı

​Teymur Məmmədov: "Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm"

Boksçu ilk qələbəsini şərh edib

Bakı. 8 avqust. REPORT.AZ/ "Çox xoşbəxtəm ki, mübarizəyə uğurla başladım". "Report"un məlumatına görə, bunu Azərbaycanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov deyib.

İlk döyüşündə ukraynalı Denis Solonenko üzərində qələbə qazanan bayraqdar ilk bunları bildirib: "Bayraqdar olmağım mənə çox böyük güc, inam verdi. Bu qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm. Məni dəstəklədiyi üçün hər kəsə minnətdaram".

Qeyd edək ki, 1/8 finalda Məmmədovun rəqibi Peter Mullenberq (Hollandiya) olacaq. Qarşılaşma avqustun 12-də saat 03:30-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi