Rusiyalı tennisçi Mariya Şarapovanın olimpiadada iştirak etməyəcəyi dəqiqləşib

Rusiyalı tennisçi Mariya Şarapovanın olimpiadada iştirak etməyəcəyi dəqiqləşib CAS apellyasiya üzrə qərarı sentyabrın 19-da çıxaracaq
Fərdi
11 İyul , 2016 14:01
Rusiyalı tennisçi Mariya Şarapovanın olimpiadada iştirak etməyəcəyi dəqiqləşib

Bakı. 11 iyul. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı tennisçi Mariya Şarapovanın 2 illik diskvalifikasiyadan apellyasiyası üzrə qərarı təxirə salıb. 

"Report"un məlumatına görə, tərəflərə dinləmələrə hazırlıq üçün əlavə vaxt lazım gəlib.

Habelə, cədvəlin tərtib olunması zamanı münaqişələr yaranıb. Şarapova işi ilə bağlı qərar sentyabrın 19-da çıxarılacaq. Beləliklə, rusiyalı tennisçi cari il avqustun 5-21-də keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, Mariya Şarapova orqanizmindən meldonium preparatı aşkarlandığı üçün cəzaya məruz qalıb.

Son xəbərlər

Orphus sistemi