​Rusiya yığması Paralimpiya Oyunları-2016-da iştirak etməyəcək

​Rusiya yığması Paralimpiya Oyunları-2016-da iştirak etməyəcək Rusiya Paralimpiya Komitəsi BPK üzvlüyündən çıxarılıb
Fərdi
7 Avqust , 2016 20:22
​Rusiya yığması Paralimpiya Oyunları-2016-da iştirak etməyəcək

Bakı. 7 avqust. REPORT.AZ/ Rusiya Paralimpiya Komitəsi (RPK) Beynəlxalq Paralimpiya Komitəsi (BPK) üzvlüyündən çıxarılıb və beləliklə, Rusiya idmançıları 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirakdan məhrum olub.

"Report" xəbər verir ki, bunu BPK rəhbəri Filip Kreyven bəyan edib.

"BPK İcraiyyə Komitəsi Rusiya Paralimpiya Komitəsinin dərhal kənarlaşdırılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, Rusiya Paralimpiya Komitəsi BPK-yə üzvlük planında bütün öz hüquq və səlahiyyətlərini itirir", - deyə Kreyven bazar günü keçirilən mətbuat konfransında bildirib.

"Rusiya Paralimpiya Komitəsi rusiyalı idmançıların Rio-de-Janeyro Oyunlarında iştirakı üçün ərizə verə bilməyəcək", - deyə BPK prezidenti bildirib.

Prezident əlavə edib ki, Rusiya tərəfinin bu qərardan məhkəmə şikayəti vermək üçün 21 gün vaxtı var

Parolimpiada-2016 7-18 sentyabr tarixlərində Braziliyada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi