Rio-de-Janeyroda 2016-cı il Oyunlarının Olimpiya kəndi açılıb

Rio-de-Janeyroda 2016-cı il Oyunlarının Olimpiya kəndi açılıb Kompleks hər birində 3600 yaşayış evi olan 31 binadan ibarətdir
Fərdi
16 İyun , 2016 11:25
Rio-de-Janeyroda 2016-cı il Oyunlarının Olimpiya kəndi açılıb

Bakı. 16 iyun. REPORT.AZ/  Rio-de-Janeyroda 2016-cı il Olimpiya oyunlarının iştirakçı ölkələrinin nümayəndə heyətlərinin qalacağı Olimpiya kəndi açılıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, kənddə 18 mindən artıq olimpiyaçı və paraolimpiyaçı, rəsmi şəxslər və könüllülər qalacaq. 

Kompleks hər birində 3600 yaşayış evi olan 31 binadan ibarətdir. Kəndin ərazisində idmançılara kosmetoloq və psixoloq xidmətləri təklif olunacaq, eləcə də kompleksdə çoxkonfessiyalı dini mərkəz, üzmə hovuzları və tennis kortları yerləşir. 

İlk idmançıların kəndə iyulun 24-də gələcəyi gözlənilir. 

2016-cı ilin Olimpiya Oyunları Braziliyada avqustun 5-21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi