Yuxarı

​Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub - VİDEO

Bəstə Qəlb və ürək adlanır

Bakı. 5 iyul. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub.

"Report"un məlumatına görə, "Qəlb və ürək" adlanan bəstənin müəllifləri braziliyalı Tiaqinyo və Projotadır.

Mahnıya çəkilmiş videoklipdə Rio-de-Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə 10-12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub. Tiaqinyo Olimpiadanın rəsmi saytına açıqlamasında bildirib ki, bu mahnı Braziliyanın özü kimi səslənir:

"Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir".

Qeyd edək ki, "Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi