Yuxarı

​Rio-2016: Yüngül atletika üzrə yarışlar yağış səbəbindən dayandırılıb

Yarışların nə zaman bərpa olunacağı məlum deyil

Bakı. 16 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən yüngül atletika üzrə Olimpiya turniri yarışları yağış səbəbindən dayandırılıb.

"Report" xəbər verir ki, yarışların nə zaman bərpa olunacağı məlum deyil.

Çərşənbə axşamı yüngül atletika turnirində daha üç medal dəsti oynanılacaq: kişilər arasında şüvüllə tullanma, 800 metr məsafəyə qaçış (kişilər) və 400 metr məsafəyə qaçış (qadınlar).

XXXI Yay Olimpiya Oyunları avqustun 21-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi