"Rio-2016": Yuliya Ratkeviç bürünc medal uğrunda mübarizədə məğlub olub

"Rio-2016": Yuliya Ratkeviç bürünc medal uğrunda mübarizədə məğlub olub O, olimpiadada 5-ci yerlə kifayətlənib
Fərdi
18 Avqust , 2016 01:08
Rio-2016: Yuliya Ratkeviç bürünc medal uğrunda mübarizədə məğlub olub

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 58 kq çəki dərəcəsində yer alan belaruslu legioner son təsəlliverici görüşdə tunisli Marva Amri ilə qarşılaşıb.

O, ilk hissədə 1, ikinci hissədə isə 2 xal qazanaraq, önə keçib. Sona doğru Amri ardıcıl fəndlər tətbiq edərək, nəinki fərqi aradan qaldırıb, hətta 3 xal fərqi ilə önə keçib. Tunisli pəhləvan məhz sona 3 saniyə qalmış qələbəni təmin edən xalları əldə edib.

Beləliklə, Yuliya Ratkeviç Azərbaycanın aktivinə 8-ci medalı yazdırma şansını itirib və olimpiadada 5-ci yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi