Yuxarı

"Rio-2016"ya lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə yollanacaq sərbəst güləşçilər açıqlanıb

Azərbaycanı qitə çempionları təmsil edəcək

Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 15-də Serbiyanın Zrenyanin şəhərində start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanı 2 sərbəst güləşçi təmsil edəcək. "Report"un məlumatına görə, üç gün davam edəcək yarışa Avropa çempionları Mahmud Məhəmmədovla (57 kq) Cəbrayıl Həsənov (74 kq) qatılacaq.

Daha öncə yunan-Roma güləşçiləri müəyyənləşib. Azərbaycanı bu növdə Kamran Məmmədovla (66 kq) Şalva Qadabadze (98 kq) təmsil edəcək.

Pəhləvanlar finala vəsiqə qazanacaqları halda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi