Yuxarı

​Rio-2016-ya lisenziya qazanan türkiyəli idmançı bıçaqlanıb

İdmançı ayaq və göbəyindən vurulub

Bakı. 7 iyul. REPORT.AZ/ Türkiyəli idmançı Enes Kuşku bıçaqlanıb. 

"Report"un məlumatına görə, 22 yaşlı avarçəkən yolda hücuma məruz qalıb.

Ayaq və qarın nahiyəsindən bıçaqlanan idmançı təcili xəstəxanaya çatdırılıb. "Qalatasaray" klubunun idmançısı ilkin müdaxilənin ardından İstanbuldakı xəstaxanaların birinə aparılıb.

Uzaq məsafə işıqlandırması ilə hərəkət edən E.Kuşku başqa bir sürücünün etirazı ilə üzləşib. Həmin avtomobildəkilər idmançının qarşısını kəsib və ona hücum ediblər. Hücum edənlərin 5 nəfər olduğu bildirilir.

Xatırladaq ki, Kuşku 2016-cı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi