Yuxarı

Toğrul Əsgərov Olimpiadanın finalında məğlub olaraq gümüş medal qazanıb - YENİLƏNİB

Güləşçi finalda rusiyalı Soslan Ramonova məğlub olub

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionunun rəqibi rusiyalı sərbəst güləşçi Soslan Ramonov olub.

Toğrul elə ilk hissədə rəqibinə 0:11 hesabı ilə məğlub olaraq XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

***17:53

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/2 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionu üçüncü görüşünü italiyalı Çamizo Markez Franka qarşı keçirib.

Toğrul rəqibini 7:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. O, finalda rusiyalı sərbəst güləşçi Soslan Ramonovla qarşılaşacaq.

*** 17:00

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionu ikinci görüşünü amerikalı Frank Aniello Molinaroya qarşı keçirib.

İlk hissə 5:0 hesabı ilə Toğrulun xeyrinə başa çatıb. İkinci hissədə güləşçimiz daha 5 xal qazanaraq görüşü qələbə ilə başa vurub (10:0) və yarımfinala vəsiqə qazanıb.

***16:06

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/8 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionu ilk görüşünü ukraynalı Andrey Kvyatkovskiyə qarşı keçirib.

İlk hissə 2:2 hesablı bərabərliklə başa çatıb. İkinci hissədə isə güləşçimiz rəqibinə qarşı ardarda bir neçə fənd tətbiq edərək, 12:2 hesabı ilə önə keçib və vaxtından əvvəl qələbə qazanıb.

1/4 finalda Toğrul Əsgərovun rəqibi ABŞ idmançısı Frank Aniello Molinaro olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi